Musiqili videolarla narkotiki təbliğ edən İlkin saxlanıldı, narkoloji dispanserə yerləşdirildi

 Musiqili videolarla narkotiki təbliğ edən İlkin saxlanıldı, narkoloji dispanserə yerləşdirildi

Sosial şəbəkələrdə narkotik vasitələrdən istifadəni təbliğ edən videolar yayan daha bir şəxs müəyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, sosial şəbəkələrdə İlkin Çərkəzoğlu adı ilə narkotik maddələri təbliğ edən musiqili videolar yayan İlkin Hüseynli saxlanılaraq polis idarəsinə gətirilib. Onunla profilaktik söhbət aparılıb. İ.Hüseynli etdiyi səhvi səmimi etiraf edib və o, narkotik maddələri təbliğ etdiyi videoları könüllü olaraq sosial şəbəkələrdən silib. 

Əlavə olaraq onun üzərinə baxış zamanı şəxsi istifadəsi üşün əldə etdiyi narkotik maddə olan marixuana da aşkar olunduğundan İ.Hüseynli barəsində inzibati tənbeh tədbiri görülüb.

O, məhkəmənin qərarı ilə  məcburi müalicə üçün Narkoloji Dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.

 

21:01 - 18 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin