“Mən trans deyiləm” - Fransa prezidentinin arvadı

 “Mən trans deyiləm” - Fransa prezidentinin arvadı

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun transgender olması barədə xəbərlər yayılıb.

Sosial şəbəkələrdə Bricit Makronun əvvəllər Jan-Mişel Tronye adlı kişi olması barədə məlumatlar paylaşılıb. 

Bricit Makron bildirib ki, haqqında yayılan bu məlumat feykdir. O, əvəllər kişi olması və sonradan cinsini dəyişməsi barədə şayiə yayanları məhkəməyə verməyə hazırlaşır.

68 yaşlı Bricit Makronun birinci nikahından 3 övladı var. O, 2007-ci ildə Emmanuel Makron ilə ailə həyatı qurub. Fransanın 25-ci Prezidentinin isə 44 yaşı var. Bu yaş fərqi Emmanuel Makronun prezidentliyə namizədliyi dövründə Fransada geniş müzakirə olunan mövzulardan biri olmuşdu.

18:38 - 15 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin