Bakı aeroportuna işləyən avtobuslar 24 saat fəaliyyət göstərəcək

 Bakı aeroportuna işləyən avtobuslar 24 saat fəaliyyət göstərəcək

Avqustun 14-dən Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Aerportuna işləyən ekspress marşrut xətti 24 saat fəaliyyət göstərəcək.

Asayis.Az bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

Marşrut xətti üzrə avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla (indiyə qədər 25 dəqiqə idi), gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.

13:09 - 14 Avqust 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin