Avqustun 14-dən Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Aerportuna işləyən ekspress marşrut xətti 24 saat fəaliyyət göstərəcək.
Asayis.Az bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.
Marşrut xətti üzrə avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla (indiyə qədər 25 dəqiqə idi), gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək.