General-mayor ali hərbi rütbəsi verilən Vüsal Sultanov həm də “Vətən müharibəsi” qəhrəmanıdır

 General-mayor ali hərbi rütbəsi verilən Vüsal Sultanov həm də “Vətən müharibəsi” qəhrəmanıdır

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Ali hərbi rütbə verilənlərdən biri də, polkovnik Vüsal Sultanovdur. Sərəncama əsasən, Vüsal Sultanova general-mayor ali hərbi rütbəsi verilib.

 

Vüsal Sultanov Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə “Vətən Müharibəsi Qəhrəmanı” medalı, 24 dekabr 2020-ci ildə isə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

O, həmçinin 2013-cü ildə “Hərbi xidmətlərə görə” medalı, 2016-cı ildə “İgidliyə görə” medalı, 2019-cu ildə isə, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


01:01 - 18 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin