Görkəmli bəstəkar Rəhilə Həsənova vəfat edib.
Axşam.az-ın məlumatına görə, bu barədə onun yaxınları məlumat yayıb. O, 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, R.Həsənova akademik musiqiyə dini musiqinin janr və formalarını, sufizm ilə bağlı süjet və obrazlar gətirmişdir (“Dərviş, “Mərsiyə”, “Qəsidə” və s.). “Səma’” kompozisiyası 1999-cu ildə Amsterdamda Milleniuma Rekviyem – “Yeni Dini Musiqi” (Festival Niewu Spirituele Muziek) festivalında A.Pyart, G.Kançeli, C.Adams, Tan Dun, Qavin Bryarsın əsərləri ilə bir sırada ifa edilib. O, bu festivalda islam dünyasını təmsil edən yeganə bəstəkar olub.