"Maşennik"liyin yeni forması, yoxsa ailəvi aldatma? - FOTO

Azərbaycanda dələduzluq halları elə bir "səviyyə"yə çatıb ki, təəssüf ki, bəzən bu işlə bir ailənin 3-4 üzvününün məşğul olduğu ortaya çıxır. Bu barədə Asayis.Az-a bir müddət əvvəl 10 nəfərdən çox şəxsin etimadından sui-istifadə edərək, iş görmək adı ilə insanları aldadan M.Həsənovun əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edən jurnalist Elmir Muradov məlumat verib. Onun sözlərinə görə, adıçəkilən şəxsin aldatdığı şəxslərdən biri də jurnalistin özüdür. Belə ki, M.Həsənov iyulun 18-də ondan iş görüb pul qazanmaq adı ilə 2600 manat pul alaraq yoxa çıxıb. Sonradan məlum olub ki, M.Həsənov xaricə, daha dəqiq desək BƏƏ-yə qaçıb. Onun əməlləri barədə hüquq-mühafizə orqanlarına şikayət etdiyini deyən jurnalist bildirir ki, onun harda olmasını bilmək üçün polis Həsənovun həyat yoldaşına zəng edib. Əvvəlcə, pulları yarı-yarı formada qaytara biləcəyi vədini verən Həsənovun həyat yoldaşı Elnarə Həsənova daha sonra heç bir pulu qaytarmayacağını bildirmişdir. Bu isə o deməkdir ki, E.Həsənova da həyat yoldaşının yolunu gedir, həmçinin polisi yumşaq desək "aldadır". Çox güman ki, E.Həsənova məsələ ilə bağlı həyat yoldaşı ilə "məsləhətləşib". Məhz elə bu danışıqdan sonra M.Həsənov və E.Həsənova pulu qaytarmamaq yolunu seçiblər. Bu isə onu göstərir ki, sözügedən işdə onlar əlbir, birgə hərəkət edir. Hətta, Nizami rayonu, 24-cü polis bölməsinin təhqiqatçısına bölməyə gəlib həyat yoldaşı ilə bağlı izahat verəcəyini bildirsə də, sonradan E.Həsənova ümumiyyətlə telefon zənglərinə cavab verməyib. Bu bir daha onların əlbir formada hərəkət etdiklərini, məsləhətli şəkildə addım atdıqlarını göstərir. Burdan hüquq-mühafizə orqanlarından və aidiyyatı qurumlardan sözügedən əmələ hüquqi qiymət vermələrini və mənim şikayətimin təmin olunması, pulumun geri qaytarılması üçün tədbirlər görmələrini xahiş edirəm. 

 

19:18 - 10 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin