Lənkəranda 2000-ci il təvəllüdlü Telman yetkinlik yaşına çatmayan Vüsalə (adlar şərti göstərilib – red.) ilə cinsi əlaqədə olub.
Asayis.Az-ın məlumatına görə, Telman 21 oktyabr 2023-cü ildə Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanış olduğu Masallı rayon sakini Vüsalə ilə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmək qərarına gəlib.
Bu məqsədlə Telman oktyabrın 22-də, axşam saat 23 radələrində Vüsalə ilə özünün gözətçi işlədiyi Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin həyətində yerləşən otaqda onunla könüllü razılığı əsasında cinsi ehtirasını təmin etmək üçün əvvəlcə qucaqlayaraq üz, boyun nahiyəsindən öpüb. Ardınca isə hər ikisi üzərlərində olan paltarlarını soyunduqdan sonra qeyri-təbii yolla cinsi əlaqədə olublar. Sonra isə təbii yolla iki dəfə cinsi əlaqədə olub.
Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, Vüsalə ilə seksual xarakterli əməllər etməyib. O, yalnız Vüsalənin razılığı əsasında iki dəfə onunla təbii yolla cinsi əlaqədə olub.
Təqisrləndirilən şəxs qeyd edib ki, “Əli market”in qabağından piyada hərəkətdə olan zaman bir qızın piyada hərəkətdə olduğunu görüb: “Həmin qızdan həmin vaxt nə səbəbdən orada gəzdiyini soruşdum. Qız da mənə tələbə və adının Vüsalə olduğunu bildirdi. Həmin qızdan yaşını soruşdum. O da 18 yaşının olduğunu, kirayədə qaldığını, pulu olmadığına görə evdən qovulduğunu bildirdi. Bundan sonra həmin qızın telefon nömrəsini alaraq bir müddət birlikdə gəzdikdən sonra gecə saat 1 radələrində onu evimizə apardım. Anama Vüsalənin tələbə olduğunu, Lənkəranda kirayədə qaldığını, pulu olmadığı üçün kirayədə qaldığı evdən qovulduğunu bildirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonradan anası bu barədə Vüsalədən soruşub: “Vüsalə mənim dediklərimi təkrarladı. Bundan sonra anam Vüsaləni evdə saxlamağa razı oldu. Anam evin birinci mərtəbəsində ona yer hazırladı və ona yemək də verdi. Vüsalə evin birinci mərətəbəsində, biz isə evin ikinci mərtəbəsində gecələdik. Səhər mən işə getmək üçün evdən çıxdım. Vüsalə də səhər yeməyi yemədən mənimlə birgə çıxaraq getdik. Səhər saat 08.20-də iş yerimə gəldim və növbəni təhvil aldım”.
Telman bildirib ki, daha sonra Vüsalə ona zəng vurub və onunla görüşmək istədiyini bildirib: “Mən Vüsalə ilə görüşdüm. Bu zaman Vüsalə bildirdi ki, həmin gündə onu Lənkəranda saxlayım, sabahı gün gedəcəkdir. Mən Vüsalə ilə razılaşdım. Ona öz paltomu verərək içəri keçirdim. Boş otaqların birində onu saxladım. Gün ərzində ara bir gedib ona baş çəkmişəm. Həmin gün həftənin bazar günü olduğundan kollecdə heç kim olmayıb. Vüsaləni kollecin arxa tərəfində yerləşən otağa yerləşdirdim. Axşam ona dedim ki, gedib əl üzünü yuyub gələcəm, ona isə çay hazırlasın. Mən əl üzümü yuduqdan sonra gəldim və birlikdə çörək yedik. Daha sonra isə çay içdik. Çay içdikdən 10-12 dəqiqə sonra bu hal baş verdi. Vüsalə mənə “gəl bu işlə məşğul olaq” dedi. Mən əvvəl etiraz etsəm də, sonradan hər ikimiz paltarlarımızı çıxartdıqdan sonra ikimiz də “bu işlə məşğul olmağa” başladıq. Vüsalə dedi ki, qorxma, daha əvvəl onun bakirəyilini pozublar. Mən iki dəfə Vüsalə ilə cinsi əlaqədə oldum. Səhər açıldıqda Vüsaləyə evlərinə getməyi tövsiyyə etsəm də, əvvəl razılaşmadı. Lakin sonradan onu bir təhər yola saldım. Bundan sonra Vüsalə gün ərzində mənə dəfələrlə zəng etdi. Lakin xəstə olduğumdan nə telefon zənglərinə cavab verə, nə də ki, toya gedə bildim.Səhəri gün yenidən Vüsalə ilə Lənkəran Rayon Məhkəməsinin qarşısındakı parkda görüşərək söhbət etdik. Bu zaman Vüsaləyə zəng gəldi. O da atasının zəng etdiyini bildirdi. Daha sonra Vüsalənin atası gələrək onu apardı”.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, Vüsaləni hadisədən əvvəlki günlərdə tanıyıb: “Telefonla onunla yazışmışam. Əvvəl onu istəmək fikrim olub. Çayı içdikdən sonra 2 saat özümdə olmamışam. Birinci gün Vüsaləni evimizdə özüm saxlamışam. İkinci gün isə Vüsalə özü yanıma gəldi. Mən Vüsalə ilə yalnız təbii yolla cinsi əlaqədə olmuşam, qeyri-təbi yolla olmamışam. Cinsi əlaqədə olduğum zaman qan axma olmayıb. Hazırda Vüsalə ilə münasibətlərimiz pisdir. Lakin buna baxmayaraq onunla barışmağa cəhd göstərmişəm ki, Vüsalə pis vəziyyətdə qalmasın. Onunla yalnız kollecdə cinsi əlaqədə olmuşam”.
İş üzrə zərərçəkmiş Vüsalənin sözlərinə görə, əvvəllər Telmanı tanımayıb: “Onu Lənkəran şəhərinə gəldikdən sonra tanımışam. Dəqiq xatırlamadığım 18-20 oktyabr tarixləri arası Masallı rayonundan Lənkəran şəhərinə gəldim. Burada ara küçələrlə gəzdim. Telman arxadan mənə yaxınlaşdıqdan sonra onunla tanış olmuşam. Bundan sonra birlikdə bir az gəzdik. Mən Telmana evimizdə dalaşdığımı, ora qayıtmayacağımı bildirdim. Bundan sonra Telman bildirdi ki, məni evlərinə aparacaq, anasına mənim tələbə olduğumu, kirayədə qaldığım evdən qovulduğumu bildirəcəkdir. Mən Telman ilə onların evinə getdim. Telmanın anası məni sorğu-sual etdi. Mən Telmanın dediklərini ona söylədim. Onların evində bir gecə qaldıqdan sonra səhər Telmana nənəmgilə getmək istədiyimi bildirdim. Telman isə məndən getməməyi xahiş etdi. Mən Telman ilə razılaşdım və onunla birlikdə işlədiyi yerə getdim. Telman məni arxa qapıdan içəri saldı. Həmin gün axşam razılığım ilə Telman mənimlə cinsi əlaqədə oldu”.
Zərərçəkmiş bildirib ki, Telmangilin evində ayrı-ayrı otaqlarda yatıblar: “Telmana 2007-ci il təvəllüdlü olduğumu bildirmişəm. Onunla 2 dəfə cinsi əlaqədə olmuşam. Ondan qabaq isə, başqa bir şəxslə birinci dəfə 3 il bundan qabaq cinsi əlaqədə olmuşam. Telman əvvəl qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəsəm də, ola bilmədi. Buna görə də təbii yolla mənimlə əlaqədə oldu. Özüm kollecdə oxumuram. Telmana bildirdim ki, mən evdən qaçmışam. Telman təkid etdi ki, mən onunla olum. Mən heç bir şərtlə Telman ilə barışmıram”.
İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Vüsalənin anasının sözlərinə görə, Vüsalə qızıdır, bir evdə yaşayırlar: “4 övladım var. Vüsalə övladlarımın ən böyüyüdür, ərköyün böyüyüb. Buna görə də hərdən əsəbiləşib evi tərk edib, hara gəldi gedib. 21 oktyabr 2023-cü ildə, saat 10 radələrində qızım Vüsalə qaşına və üzünə rəng çəkdiyini gördüm. Buna əsəbiləşdim və Vüsaləni buna görə danladım. Elə bu səbəbdən Vüsalə ilə aramızda mübahisə yarandı. Vüsalə öz otağına qapandı. Mən mətbəxə gedərək ev işlərini görməyə başladım. Mətbəxdə işimi qurtardıqdan sonra otağa baxdım. Vüsalənin evdə olmadığını gördüm. Bir gün gəzərək özünün evə qayıdacağını düşündüm. Səhərə kimi gözlədim. Lakin Vüsalə evə gəlmədi. Buna görə də səhəri gün saat 10 radələrində polisə məlumat verdim. Polis əməkdaşlarının köməkliyi ilə Vüsalə Lənkəran şəhərində tapıldı. Mənə məlum oldu ki, Vüsalə evdən qaçaraq Lənkəran şəhərinə gedib, orada Telman ilə tanış olub və Telman Vüsalə ilə Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin köməkçi otağında cinsi əlaqədə olub. Bu barədə qızım Vüsalə özü mənə danışdı”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib. Vəkil şikayətində təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin olunmasını və ya təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini xahiş edib.
Şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib. Demokrat.az