Murad Dadaşovun şirkəti məhkəmə qarşısında

 Murad Dadaşovun şirkəti məhkəmə qarşısında

"M Group Production" MMC məhkəməyə verilib.

Asayis.Az-ın xəbərinə görə, şirkətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti "Kanq Media Production" MMC edib.

Mahiyyəti podrat müqaviləsi üzrə mübahisələr olan iş hakim Ziya Şirinovun icraatındadır.

Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb. (Pravda.az)

10:04 - 29 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin