"M Group Production" MMC məhkəməyə verilib.
Asayis.Az-ın xəbərinə görə, şirkətlə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti "Kanq Media Production" MMC edib.
Mahiyyəti podrat müqaviləsi üzrə mübahisələr olan iş hakim Ziya Şirinovun icraatındadır.
Xatırlatma: "M Group Production" MMC-nin rəhbəri şoumen, tanınmış teleaparıcı, prodüser, Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovdur. Şirkət 2003-cü ildə yaradılıb. (Pravda.az)