Kürdəmir rayonunda vəzifəli şəxs xidməti kabinetində vəfat edib.
Ədliyyə Nazirliyinin Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi Arif Yəhyazadə iyulun 26-da səhər saatlarında iş yerində vəfat edib.
O, kabinetində olarkən qəfil ürəktutmasından dünyasını dəyişib.
47 yaşlı şöbə rəisi Göyçay rayonunda dəfn edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)