Bakıda mağaza yandı - FOTOLAR

 Bakıda mağaza yandı - FOTOLAR

Bakıda mağazada yanğın olub.

Məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Xanlar küçəsində fəaliyyət göstərən mağazada qəfildən tüstülənmə olub. Daha sonra obyekti alov bürüyüb. 
 

Yanğın nəticəsində obyektin böyük hissəsi yanıb. Eyni zamanda elektrik təsərrüfatına ziyan dəyib.

Hadisə vaxtı xəsarət qeydə alınmayıb.


21:52 - 14 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin