İrəvanda ticarət mərkəzində partlayış, 1 nəfər ölüb, 30 nəfər yaralanıb

 İrəvanda ticarət mərkəzində partlayış, 1 nəfər ölüb, 30 nəfər yaralanıb

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib. 

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.


15:48 - 14 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin