Azərbaycanda oğul qaraciyərini anaya verdi

 Azərbaycanda oğul qaraciyərini anaya verdi

Uzun illərdir qaraciyər yetməzliyindən əziyyət çəkən anaya oğlu donor olub. 

Asayis.Az
 xəbər verir ki, Hacıqabul rayonunun sakini, 1996-cı il təvəllüdlü Elçin İxtiyar oğlu Qaniyev ölümlə üz-üzə qalan anası 1975-ci il təvəllüdlü Tamam Zakir qızı Qaniyevaya öz qaraciyərini verib. 

TƏBİB-in mətbuat xidmətindən bildirlib ki, oğlun və ananın həyatı üçün olan təhlükə geridə qalıb. 

Qeyd edilib ki, qaraciyər yetməzliyi, serroz diaqnozu ilə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında daimi həkim nəzarətində olan və müalicə alan T.Qaniyevanın bir müddət əvvəl səhhəti daha da pisləşib və ona qaraciyər transplantasiyası əməliyyatı olunması tövsiyə olunub. 

Yekun qərara əsasən, 06.05.2024-cü ildə icbari tibbi sığorta hesabına Bakıda əməliyyat keçirən anaya öz oğlu donor olub və əməliyyat uğurla başa çatıb. 

Əməliyyatdan sonra hər iki şəxsin Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir. 

Hazırda ana və oğlunun vəziyyəti qənaətbəxş qiymətləndirilir. 

09:59 - 24 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin