TƏBİB-in şöbə müdiri: "Vüqar Qurbanov işçilərin qüsurlarını ört-basdır edib" - FOTO

 TƏBİB-in şöbə müdiri:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilovanın icraçı direktor Vüqar Qurbanovun doğum ilə bağlı paylaşımı müzakirə yaradıb. 

Asayis.Az xəbər verir ki, Z.Adilovanın “qüsurlarımızı ört-basdır etmisiniz” deməsi birmənalə qarşılanmayıb. 

“Əziz və hörmətli rəhbərimiz, Sizi doğum gününüz münasibətilə səmimiyyətlə təbrik edirəm!  

Alicənab, ədalətli, hədəfyönümlü olmaqla bərabər rəhbərə xas qətiyyətiniz sayəsində ötən illər ərzində bir çox uğurlara imza atmışıq. Bizi hər zaman kiçik məqsədlərə deyil, böyük amallar uğruna birləşdirmisiniz. Qüsurlarımızı ört-basdır edib, hətta ən dərində olan potensialımızı da üzə çıxarmağa fokuslanmısınız. Ən əsası bir rəhbər kimi öz komandanıza inanmış, onu son ana qədər müdafiə etmisiniz. Sadə və səmimiliyiniz, böyüklərə hörmət, kiçiklərə diqqətiniz Sizi ətrafınıza daha da sevdirib. İxtisaslı və peşəkar həkim kimi də illərcə bir çox insanın həyatına toxunmusunuz. Hədəfiniz olan bütün insanlar üçün daha keyfiyyətli səhiyyə xidmətlərini əlçatan etmək çox qısa müddətə artıq arzu şəkilində qalmayacaq! Çünki bunun üçün əzmlə çalışırsınız.  

Sizə yorulmaz fəaliyyətinizdə tükənməz enerji, məqsədlərinizə çatmaqda iş avandlığı, ən əsası hər bir insan üçün ən dəyərli nemət olan cansağlığı arzu edirəm! Şəxsimə və komandama hər zaman göstərdiyiniz etimad, xoş niyyət və dəstəyiniz üçün fürsətdən istifadə edib, təşəkkür edirəm! Doğum gününüz mübarək, nəcib həkim, proqressiv rəhbər və gözəl ailə başçısı!  

Dəyər yaratmağa davam edin...”, - o deyib.

14:35 - 22 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin