Bu gün Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının təşkilatçılığı ilə 22 iyul Milli Mətbuat Gününə həsr edilmiş tədbir keçirilib. Asayis.Az xəbər verir ki, tədbirdə çıxış edən şirkətin təsisçisi Emin Əliyev jurnalistlərin fəaliyyətinin hazırki önəmi və media mənsublarının ölkənin ən vacib anlarında sərgilədiyi operativ mövqedən danışıb. Görüşdə iştirak edən ölkənin aparıcı sayt, qəzet və televiziyalarında çalışan jurnalistlər Azərbaycan mətbuatının gələcəyi və təmsil etdiyi media orqanlarının fəaliyyət prinsiplərindən söz açıblar. Tədbirin məqsədi illərdir mediada çalışan və Azərbaycan jurnalistikasının inkişafı üçün səy göstərən jurnalistlərin fəaliyyətini qiymətləndirməkdən ibarət olub. Qeyd edək ki, Azərbaycan Menecment və İnvestisiya Korporasiyası dövlət qurumları ilə əməkdaşlıq edərək ölkə əhəmiyyətli böyük layihələr icra edir.