Xezerxeber.az-n məlumatına görə, qeydiyyat edən şəxs deyib ki, müraciət edən vətəndaş ölkəmizdə fəaliyyət göstərən məşhur taksi şirkətlərindən birində çalışa bilər.
Adı çəkilən taksi şirkətindən bildirilib ki, hesabın servislə heç bir əlaqəsi yoxdur. Sistemdə avtomobilin yaşını və qanunun tələblərinə uyğunluğunu izləməyə imkan verən tədbirlər mövcuddur.
Ekspertlər isə xəbərdarlıq edirlər ki, hazırda taksi kimi fəaliyyət göstərə bilməyən şəxslər bu yollarla aldana bilərlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, köhnə olan avtomobillərin taksi fəaliyyəti üçün qeydiyyatdan keçirilməsi ilə bağlı sosial şəbəkə hesabları üzərindən yayılan məlumatlar həqiqəti əks etdirmir. Vətəndaşlara belə elanlara inanmamağı və şəxsi məlumatlarını təqdim etməməyi tövsiyə edirik.
Ətraflı süjetdə: