Pişik 3 gün ağacda qaldı, köməyə xilasedicilər gəldi - FOTO

 Pişik 3 gün ağacda qaldı, köməyə xilasedicilər gəldi - FOTO

Bakıda heyvan xilasetmə əməliyyatı icra edilib.

Şəhər sakini ona məxsus ev pişiyinin günlərdi ağacda köməksiz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 çağrı mərkəzinə məlumat verib. 

Məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 64 ünvanında qeydə alınıb. Əraziyə yollanan FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin pişiyi ağacdan düşürərək aidiyyatı üzrə təhvil veriblər.


11:31 - 13 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin