Bakıda heyvan xilasetmə əməliyyatı icra edilib.
Şəhər sakini ona məxsus ev pişiyinin günlərdi ağacda köməksiz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 çağrı mərkəzinə məlumat verib.
Məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 64 ünvanında qeydə alınıb. Əraziyə yollanan FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin pişiyi ağacdan düşürərək aidiyyatı üzrə təhvil veriblər.