İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradır (VİDEO)

 İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ - Xəstəliklər yaradır (VİDEO)

"Ölən şəxslərin geyimləri satılır", "bu geyimlərdən insanlara xəstəliklər keçir".

Sosial şəbəkərdə paylaşılan bu kimi fikirlər ikinci əl geyimlərə aiddir. Lakin nə qədər belə düşünən insanlar olsa da, ikinci əl geyim mağazalarından alış-veriş edənlər də az deyil.

Mağaza əməkdaşlarının sözlərinə görə, ötən dövrlərə nisbətdə geyimlərə tələbat artıb.

Satıcılar deyirlər ki, bura üz tutan alıcıların çoxu eyni geyimi birinci əldən almağa imkanı olanlardır.

Brend, amma ikinci əl olan, qiyməti isə birinci əl məhsuldan 10 dəfə ucuz olduğu deyilən bu geyimlər Azərbaycana daha çox Hollandiyadan gətirilir.

İkinci əl geyimlərin təmizlənmə işinə gəldikdə isə dermatoloqlar bildiriblər ki, bu geyimləri alarkən, ilk olaraq gigiyenik sertifikat tələb etmək lazımdır.

Geyimlər xüsusi dezinfeksiyaedici məhlullardan istifadə olunaraq təmizləndiyi üçün dəridə müxtəlif problemlər, qıcıqlanma, allergik reaksiyalar, demodeks, qoturluq gənələri, göbələk xəstəlikləri yarada bilər.

Əgər bu cür geyimlər alınarsa, mütləq bir neçə gün açıq havada saxlamaq lazımdır.

Ətraflı "Xəzər Xəbər"in süjetində:
 

 

11:04 - 8 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin