"Neftçi” futbol klubu əməkdaşlarını yeməklə təmin etməyi dayandırır.
Asayis.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yayılan məlumata görə, bununla bağlı artıq klub çalışanlarına bildiriş də göndərilib. Bildirişdə işçilərin 8 iyul tarixindən yeməklə təmin edilməyəcəyi qeyd edilib.
Klubun bu addımı sosial şəbəkələrdə, xüsusən də azarkeş qruplarında birmənalı qarşılanmayıb.