Yoxlamalar ilin sonunadək davam edəcək - Eşqi Bağırov

 Yoxlamalar ilin sonunadək davam edəcək - Eşqi Bağırov

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarında apardığı yoxlamaları ilin sonuna qədər davam etdirəcək.

Asayis.Az xəbər verir ki, bunu Agentliyin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

E.Bağırov xatırladıb ki, aparılan monitorinqlər zamanı Dağlıq Şirvan Regional Təhsil İdarəsində bəzi müsabiqələrin keçirilmə qaydaları və təlimat sənədlərinin icrasında pozuntular aşkarlanıb, idarənin rəhbəri işdən çıxarılıb.

O qeyd edib ki, yerli bölmələrin, eyni zamanda müəssisələrin fəaliyyətinə nəzarət müntəzəm xarakter daşıyır: “Qaydaların və təlimatların pozulması halları yolverilməzdir”. (Report)

15:54 - 2 İyul 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin