Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istidən ölənlərin sayı 922 nəfərə çatıb.
Bu barədə İqtisadiyyat.az "AFP" xəbər agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Məkkədə temperatur 51,8 dərəcəyə yüksəlib. İstilər səbəbindən ölən misirlilərin sayı isə 600-ü ötüb. Misirlə yanaşı, ölüm faktları İordaniya, İndoneziya, İran, Seneqal, Tunis və İraq tərəfindən də təsdiqlənib
Səudiyyə Ərəbistanının ötən ay dərc etdiyi araşdırmaya görə, ərazidə temperatur hər on ildən bir Selsi üzrə 0,4 dərəcə yüksəlir. Keçən il isə əksəriyyəti İndoneziyadan olan 200-dən çox zəvvarın öldüyü bildirilir.
Qeyd edək ki, bu il həcc ziyarətində 1,8 milyon insan iştirak edir.