Tovuzda piyadanın ölümü ilə nəticələn avtomobil qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan KİA markalı avtomobil 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub.
Piyada hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədən şəxs Kür qəsəbə Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqovdur.