Daha bir nəfərin bank kartından pul oğurlandı

 Daha bir nəfərin bank kartından pul oğurlandı

Azərbaycanda daha bir vətəndaşın bank kartından böyük məbləğdə pul oğurlanıb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

“Dünən bir vətəndaşa xaricdən zəng gəlib, alış-veriş saytında satdığı əşyanı almaq üçün beh göndərilməsi təklif olunub. Vətəndaş 16 rəqəmlə yanaşı, digər şəxsi məlumatları da təqdim edib. Beləliklə, bank kartında olan 10800 manat çıxarılıb”, - DİN rəsmisi qeyd edib.

10:01 - 5 İyun 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin