Asayis.Az xəbər verir ki, görüntülər İTV-də yayımlanıb.
Kadrlarda erməni sərhədçilərinin Qızılhacılı ilə Berkaber kəndləri arasında dayandığını görmək mümkündür.
Xeyrimli ilə həmsərhəd Kirantsda isə ermənilər indidən şikayətə başlayıblar.
Qeyd edək ki, Qızılhacılı kəndi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən tam işğal olunub və dağıdılıb.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.