Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı Kəmalə Üzeyirova vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə məlumatı mərhumun iş yoldaşları sosial şəbəkədə yayıblar.
Onun qəfil insult keçirərək komaya düşdüyü və bir həftə ərzində - mayın 23-də dünyasını dəyişdiyi bildirilir.
Allah rəhmət eləsin!