Bu gün Aşuradır.
Azərbaycanda Məhərrəm ayı iyulun 30-da başlayıb.
Məhərrəm ayının 10-u - Aşura günü avqust ayının 8-nə təsadüf edir.
Məhərrəm ayında əzadarlıq mərasimləri İslam peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi İmam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir.
Aşura günü məscid və ziyarətgahlarda, habelə bəzi səhiyyə müəssisələrində qanvermə aksiyaları baş tutur.