Liviyada girov götürülmüş azərbaycanlı Bakıya çatan kimi İNTİHAR ETDİ

 Liviyada girov götürülmüş azərbaycanlı Bakıya çatan kimi İNTİHAR ETDİ

Bakıda intihar hadisəsi baş verib.  

Məlumata görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb. 

Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb. 

O, iki il əvvəl Liviyada girov götürülüb. Bir neçə gün əvvəl girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb. 

Fərid Əliyevin psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir. 

Faktla bağlı araşdırılma aparılır. 

09:30 - 8 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin