Nizami rayonunda yaşıllıqlar belə məhv edilir - FOTOLAR

 Nizami rayonunda yaşıllıqlar belə məhv edilir - FOTOLAR

Bakının Nizami rayonu, Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhəllədə ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Asayis.Az xəbər verir ki, bu barədə jurnalist Elmir Muradov sosial şəbəkə hesabında yazıb. O paylaşımında qeyd edib ki, ərazidə yaşıllığa nəzarət edən olmadığı üçün yeni salınmış yaşıllıq məhv olmaq üzrədir. 

"Bura Nizami rayonu Bəhruz Nuriyev 40 ünvanında bir ay əvvəl salınmış məhlədir. Məhləyə Yaşıllaşdırma İdarəsindən bağban təyin edilmədiyi üçün ağacların əksəriyyəti susuzluqdan quruyub, yaşıllıqların çoxu məhv olub. Bir sözlə, dövlətin pulu yenə kimlərsə tərəfindən havaya sovrulmaqdadır. 500 manat birinə maaş verməyin dərdindən 100 min manatdan çox pul xərclənmiş yeni salınan məhlə bax belə məhv edilir, heç bir aidiyyəti qurumun da vecinə deyil", - deyə jurnalist qeyd edib.

  •  
  •  

15:14 - 14 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin