Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq. Asayis.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Şuşadakı "ASAN xidmət" mərkəzinin xidmətlərindən Xankəndi sakinləri də istifadə edə biləcək.
"Ümumilikdə azad olunmuş ərazilərdə, xüsusilə Ağdam, Cəbrayıl, Laçın və Şuşa olmaqla 4 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərəcək", - sədr əlavə edib.