Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

 Bəraət alan şirkət rəhbəri yenidən həbs edildi

Ötən il bəraət alan “Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib. Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib. Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib. Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilmişdi.

14:04 - 22 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin