Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib.