"Atam 30 dəqiqə içərisində vəfat etdi"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin oğlu Vüsal Rəcəbli atasının ölümündən danışıb.

Asayis.Az xəbər verir ki, bu barədə o, sabiq deputatla vida mərasimində jurnalistlərə açıqlama verib.

Mərhum siyasətçinin oğlu deyir ki, atası ağciyərində yaranan problemdən dünyasını dəyişib:

“Həkimlərin verdiyi rəyə görə, ağciyərində tromb olub. Ürəyinə təsir edib. Qısa zamanda biz onu itirdik. Səhər saatlarında oyanıb, narahatlıq hiss edib, 30 dəqiqə içərisində vəfat edib. Kifayət qədər sağlam və gümrah idi. Gözlənilməz oldu. Biz bunu gözləmirdik. İnana bilmirik. O, bizim üçün hər zaman örnək olub. COVID-19-un fəsadları ola bilər ki, üzə verdi. Onun itkisinə inana bilmirik”.

15:53 - 17 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin