Xırdalanda məktəbli dünyasını dəyişdi - “Xilas etmək mümkün olmadı”

 Xırdalanda məktəbli dünyasını dəyişdi - “Xilas etmək mümkün olmadı”

Abşeron rayon Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib.
 
Asayis.Az Oxu.Az-a istinadən xəbər verir ki, məktəbin 4-cü sinif şagirdi Ruslan Elşən oğlu Kərimov uzunsürən ağır xəstəlikdən sonra vəfat edib.
 
Şagirdin yaxınlarının verdikləri məlumata görə, Ruslanın xəstəliyinin müalicəsi mümkün olmayıb:

“Ruslan çox yaxşı oxuyurdu, əlaçı idi. Fəal şagirdlərdən idi. Noyabr ayında beynində şiş aşkarlandı. Hətta xarici ölkədəki həkimlərə də müraciət etdilər. Ancaq xilas etmək mümkün olmadı, rəhmətə getdi”.

16:12 - 15 Aprel 2024

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin