ABC.AZ xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, qonşu ölkələrdə də ABŞ dollarının güclənməsi müşahidə olunur: "Azərbaycanda isə yanvar-fevral aylarında dollara tələb daha yüksək olub. Mart-aprel aylarında keçirilən hərraclarda ilk olaraq tələb yüksək olsa da, sonuncu hərracda (4 aprel) dollra tələbin optimallaşması və azalmasının şahidi olduq.
2024-cü ilin növbəti aylarında manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Ölkəmiz üzən valyuta rejiminə keçməyib. Bizdə tənzimlənən valyuta rejimidir. Buna görə, manatın məzənnəsinə praktik olaraq Mərkəzi Bankın mövqeyi, eyni zamanda tədiyyə balansının vəziyyəti təsir edəcək".