"Yoxsul əhalini müəyyən çətinliklərə daha da yükləmək..." - Fazil Mustafa

Zaman-zaman dövlətin aztəminatlı ailələr üçün ayırdığı ünvanlı dövlət sosial yardımı almaqda çətinlik çəkən bəzi vətəndaşların narazılıqlarına rast gəlinir. Sosial şəbəkələrdə vətəndaşlar istər elektron müraciət zamanı qarşılaşdığı çətinlik, istərsə də yardımın verilməsindən imtina hallarından gileylənirlər. Bəs, bu problemin həll olunması üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Fazil Mustafa açıqlamasında deyib ki, bəzi vətəndaşlar vəsait aldıqdan sonra prosesdə onu elə iztiraba düçar edirlər ki, həmin şəxs peşman olur:

“Əslində ehtiyacı olan varsa dövlət bu dəstəyi həmin şəxsə verməlidir. Dövlət bunun üçün də müvafiq nazirliyə bu işi tapşırır. Həmin nazirliyin qurumları da  bunu icra edir. Əgər bu dəstəyin verilməsində əngəlləyici elementlər daha artıq olursa vətəndaş təbii ki narazı olmalıdır. Onsuz da yaşamından narazı olan vətəndaş bu vəsaiti almaq istəyir.  Üstəlik onu daha da problemlərə sürükləmək tamamilə zərərli tendesiyadır. Çox təəssüf ki, bu tendensiya hələ də var. Düzü əvvəllər problemlər daha çox idi.  Bunların bir qismi həll olsa da, vətəndaşın əlçatanlığında hələ də böyük problem var. Səbəb isə yersiz sənədlər və tələblərdir. Hətta alandan sonra elə sıxışdırmalar olur ki, bunun faydasından çox ziyanını görürük. Ona görə də bu məsələ də ciddi bir yanaşma olmalıdır. Bu dövlət siyasətinin ən inci məqamlarından biridir. Yoxsul əhalini müəyyən çətinliklərə daha da yükləmək, onun problemlərini daha da artırmaq dövlətə olan münasibətinə təsir edir. Buna görə də tədbirlər görülməlidir”.

Demokrat.az

17:07 - 5 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin