Şair Məmməd İsmayıl aprelin 9-da xəstəxanadan evə buraxılacaq.
Asayis.Az APA-ya istinadla xəbər verir ki, bu barədə şairin qızı İntizar İsmayıl məlumat yayıb.
Onun sözlərinə görə, Məmməd İsmayılın vəziyyəti xeyli yaxşılaşıb.
“Ağrıları azalıb. Çox cüzi, haradasa, on faiz qalıb. Əhvalı da yaxşıdır. Müalicə davam etdirilir”.
İntizar İsmayıl göstərilən diqqət üçün Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib.