Hüquq-mühafizə orqanlarında şəffaflıq artırılır - Baş prokuror

 Hüquq-mühafizə orqanlarında şəffaflıq artırılır - Baş prokuror

Azərbaycan hazırda zəfər dönəmini yaşayır.

Asayis.Az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanın bütün torpaqları işğaldan azad edilib, azad edilən ərazilərdə quruculuq və yenidənqurma işləri qürurvericidir.

Kamran Əliyev qeyd edib ki, hüquq-mühafizə orqanlarında şəffaflığın, peşəkarlığın artırılması istiqamətində işlər görülür: "Rəqəmsallaşma əsas sahələrdən biridir. Bu, cinayət prosesi ilə bağlı xüsusi sahədir. Artıq qanunvericilikdə müəyyən dəyişiliklər edilməsi zəruriyyəti yaranmışdı".

12:30 - 3 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin