Bakının Nəsimi Rayonunda kütləvi dava zamanı üç nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.
Belə ki, altı nəfər arasında düşən dava zamanı 2005-ci il təvəlüdlü Kənan Rəşad oğlu Quliyev, 2001-ci il təvəlüdlü Rövşən Zaur oğlu Haqverdiyev və 2002-ci il təvəlüdlü Sadiq Zabit oğlu Zeynalov bıçaqlanıb.
Yaralılar ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Faktı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırır.