İtaliyada durmadan aşağı düşən doğum səviyyəsi fövqəladə vəziyyətə çevrilib.
Asayis.Az xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika İdarəsi (İSTAT) məlumat yayıb.
Məlumatda, ölkədə doğum səviyyəsinin ardıcıl 15-ci ildir azaldığı açıqlanıb.
Qeyd olunub ki, 2023-cü ildə doğuş rekord həddə düşüb.
Belə ki, ötən il ölkədə 379 min doğum qeydə alınıb.
Bu rəqəm 2022-ci illə müqayisədə 3,6 faiz, 2008-ci illə müqayisədə isə 34,2 faiz azalma deməkdir.