"30 ilə yaxın işğal altında olan Şuşa şəhəri artıq yenidən qurulur, bərpa edilir. Baş planına əsasən şəhərdə 25 minə yaxın vətəndaşın məskunlaşacağı gözlənilir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, proses mərhələli şəkildə həyata keçiriləcək:
“Baş plana əsasən şəhərdə 24 yaşayış binasının inşası həyata keçiriləcək. Nəzərə alsaq ki, Şuşa Azərbaycan dövləti, xalqı üçün, mədəniyyətimiz üçün tarixi əhəmiyyət daşıyan şəhərdir, burada tarixi abidələrin bərpası da intensiv şəkildə davam etdirilir. Şuşada həm tarixi abidələrin bərpası, həm də məskunlaşma üçün yenidənqurma işləri həyata keçirilir. İlkin gözlənti odur ki, bu ildən Şuşada məskunlaşma olacaq. Bununla bağlı rəsmi açıqlamalar da verilib. Şuşa 2024-cü ildə qayıdışın təşkil olunacağı azad edilmiş şəhərlər sırasındadır.
May ayında Xocalıya da köç nəzərdə tutulub. Mərhələli şəkildə azad edilmiş ərazilərə məskunlaşma proqramı həyata keçirilir. Dəqiq tarix isə sistemli şəkildə digər ərazilərə də qayıdışın nə vaxt həyata keçirilməsi müəyyən ediləndən sonra açıqlanacaq”.