Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Bundan sonra yük maşını aşıb.
Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.