Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

 Goranboyda iki maşın toqquşub, xəsarət alanlar var - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "QAZel" markalı yük maşını ilə "VAZ 2107" markalı minik maşını toqquşub. Bundan sonra yük maşını aşıb.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

 

12:01 - 3 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin