Erməni idmançılar Bakıya gəlir

 Erməni idmançılar Bakıya gəlir

Bakıda keçiriləcək olimpiya reytinq turnirində iki erməni güləşçisi iştirak edəcək.

Asayis.Az milli.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yer alıb. 

Onlar aprelin 5-dən 7-dək paytaxtda baş tutacaq turnirdə iştirak edəcəklər.

Turnirdə Ukrayna təmsilçisi Erik Aruşanyan (65 kq) və polşalı Gevorq Saakyan (67 kq) çıxış edəcəklər.

Ermənistan yığması isə Bakıda keçiriləcək turnirə qatılmayacaq.

16:30 - 28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin