Bakıda keçiriləcək olimpiya reytinq turnirində iki erməni güləşçisi iştirak edəcək.
Asayis.Az milli.az-a istinadla xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Güləş Federasiyasının rəsmi saytında yer alıb.
Onlar aprelin 5-dən 7-dək paytaxtda baş tutacaq turnirdə iştirak edəcəklər.
Turnirdə Ukrayna təmsilçisi Erik Aruşanyan (65 kq) və polşalı Gevorq Saakyan (67 kq) çıxış edəcəklər.
Ermənistan yığması isə Bakıda keçiriləcək turnirə qatılmayacaq.