"Qış parkı"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri

Nəsimi rayonu ərazisində yerləşən "Qış parkı"ndakı yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər açıqlanıb.

Asayis.Az məlumatına görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;
2-4 saat - 2 manat;
4-6 saat - 3 manat;
6-10 saat - 4 manat;
10-12 saat - 5 manat;
12-24 saat - 8 manat.
 
Aylıq tariflər isə belə olacaq:
 
Bir günə 12 saatlıq - 80 manat (əvvəllər 30 manat);
Bütün günü (24 saatlıq) - 120 manat (əvvəllər 60 manat);
Qonşular tarifi - 50 manat (əvvəllər 20 manat).


14:00 - 28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin