Sabiq icra başçısı dövlətə vurduğu ziyanı tam ödəyib, cəzası azaldı

 Sabiq icra başçısı dövlətə vurduğu ziyanı tam ödəyib, cəzası azaldı

Kürdəmirin həbsdə olan sabiq icra başçısı dövlətə dəyən ziyanı tam ödəyib.

Şirvan Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub ki, Ceyhun Cəfərov mənimsəməyə görə 304 min manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəymiş ziyana görə 382 min manat ödəyib.

Xatırladaq ki, məhkəmənin bu gün qəbul etdiyi qərara əsasən, Ceyhun Cəfərovun cəzası 8 il 6 aydan 6 ilə, sabiq icra başçısı ilə birgə tutulan birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. Kürdəmir Mənzil İstismar Sahəsinin sabiq rəisi Sərvər Məmmədov isə 500 manat cərimə olunaraq azadlığa buraxılıb.

16:08 - 2 Avqust 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin