Martın 22-də Moskvadakı “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 144-ə çatıb. Tarror qurbanlarının sayının daha da artacağı istisna edilmir.
Asayis.Az xatırladır ki, 3 gün əvvəl baş vermiş dəhşətli terakt nəticəsində həyatını itirənlərin arasında əslən azərbaycanlı olan Vüqar Hüseynov da var. Vüqar Hüseynov hadisə baş verdiyi gecə həyat yoldaşı Lilit İsraelyanla birlikdə qətlə yetirilib. Onların yaş yarımlıq övladı qalıb.
Vüqarın həyat yoldaşının milli mənsubiyyəti onun personasını müzakirə obyektinə çevirib. Sosial şəbəkə iştirakçıları milliyyətcə azərbaycanlı olan bir şəxsin tarixi düşmənimiz olan erməni millətinin nümayəndəsi ilə nikaha girməsini sərt qınayıblar. Çoxlu sayda insan Vüqarı şəhidlərimizin qanına hörmətsizlik etməkdə suçlayıb.
Özlərini müharibədən zərərçəkmiş şəxs kimi təqdim edən bəzi sosial şəbəkə iştirakçıları isə əsəblərini colovlamağa çətinlik çəkərək, mərhum və həyat yoldaşı barədə xoşagəzlməz ifadələr işlətməkdən çəkinməyiblər.
Vüqar Hüseynovla bağlı paylaşımların altında "İndi şəhidlərimizin ruhu dinclik tapar", "Adamın rəhmət diləməyə dili gəlmir", "Allah günahlarını bağışlasın" məzmunlu şərhlərə tez-tez rast gəlmək mümkündür.