Göyçay Rayon Mərkəzi Xəstəxanasında üçəmə hamilə olan qadın vaxtından əvvəl doğuş edib.
Asayis.Az Oxu.az-a istinadən xəbər verir ki, 22-23 həftəlik hamilə olan Ayşən Məhərəmova (Ad, soyad şərti) mart ayının 21-də vaxtından əvvəl doğuş üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasına gedib. Daha sonra göndəriş əsasında Göyçay Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ana A.Məhərəmova sağ qalsa da, döllər vaxtından əvvəl ölü doğulub.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.